"Futbolçularımız bəsit vərəqə alarsa. günah özündədir" - Qurban Qurbanov

  • 24 Oktyabr 2024, 23:48

"İlk dəqiqələrədən oyuna çox yaxşı başlamışdıq. "Ayaks"la matçda müdafiəyə qapanmaq istəmirdik. Çox yaxşı hazırlaşmışdıq. Təəssüf ki, sonda belə üzücü məğlubiyyət yaşadıq. Futbolçularımızın qırmızı vərəqə alması çox pis hadisə idi. Gələcək matçlarda həmin futbolçuların xidmətindən yararlana bilməyəcəyik. Oyunçularımın cəsarətinə heyran qaldım. Böyük oyunlarda "böyüməyə" çalışırıq. Əfsuslar olsun ki, bəsit epizodlarda sadə vərəqələr aldıq. İnşallah, komandamız cəsarətli oyununu davam etdirsə, qarşıdakı müddətdə daha yaxşı nəticələr əldə edəcək".

Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"la matçdan sonra keçirilən mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis hakim qərarları barədə də danışıb:

"Futbolçularımız bəsit vərəqə alarsa. günah özündədir. Biz bununla bağlı oyunçu ilə söhbət aparacağıq. Amma hər xırda şeyə görə oyunu saxlayıb, vərəqə göstərmək yersiz idi. Əgər belə olacaqsa, onda gərək biz futbol oynamayaq. Julio Romanun qırmızı vərəqə aldığı epizodda ilk öncə rəqib oyunçu futbolçumuzu itələyirdi. Kevin Medina penaltiyə səbəb olubsa, ikinci hissədə niyə Juninyo cərimə meydançasında yerdə qalarkən onbir metrlik cərimə təyin olunmadı. Çünki rəqib futbolçumuzu iki əllə itələmişdi. "Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır anlaya bilmirəm".


Paylaş: