"Barselona" gənc futbolçusuyla müqavilə uzatdı

  • 31 Oktyabr 2024, 17:52

"Barselona" gənc futbolçusu Fermin Lopeslə yeni müqavilə imzalayıb.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, katalon klubu 21 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2029-cu ilin yayına qədər uzadıb. Onun sərbəstqalma məbləği 500 milyon avro olub.

Lopes 13 yaşından bəri "Barselona"da çıxış edir. O, ötən mövsümdən bəri əsas komandanın üzvüdür.


Paylaş: