Son iki 1/8 finalçı bu gün bəlli olacaq
Futbol üzrə Azərbaycan Kubokunda bu gün keçiriləcək daha iki qarşılaşmadan sonra 1/8 finalın son iştirakçıları müəyyənləşəcək.
Sportlife.az xəbər verir ki, "İmişli" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Cəbrayıl"ı qəbul edəcək.
Görüş saat 14:00-da başlayacaq. Qalib komanda 1/8 finalda "Kəpəz"lə görüşəcək.
"Qəbələ" isə doğma meydanda "Baku Sportinq"lə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 15:00-da səsləndiriləcək. Bu cütün qalibi 1/8 finalda "Qarabağ"a rəqib olacaq.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
31 oktyabr
14:00. “İmişli” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
15:00. “Qəbələ” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu