“Real” fransalını sata bilər

  • 31 Oktyabr 2024, 12:10

"Real" Orelyen Çuameni üçün gələn təklifləri dəyərləndirəcək.

Sportlife.az "Relevo" portalına istinadən xəbər verir ki, "kral klubu" fransalı yarımmüdafiəçi üçün təklifləri dinlədikdən sonra onun haqqında yekun qərarı verəcək.

Çuameni 2022-ci ilin yayında "Real"a transfer olub. Madrid klubu ona görə "Monako"ya 80 milyon avro ödəyib.


Paylaş: