Ançelottidən Modriçə maraqlı sual
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Xorvatiya ilə yoldaşlıq oyunundan sonra "Milan"ın yarımmüdafiəçisi Luka Modriçə zarafatla müraciət edib.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəllər "Real"da birlikdə çalışdığı xorvatiyalı futbolçuya gülməli sual verib:
"Luka, təsadüfən braziliyalı baban yoxdur?".
Ançelotti bununla onu milliləşdirmək istədiyinə eyham vurub.
Qeyd edək ki, görüş "sambaçılar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.