"Benfika"nın müdafiəçisi MY-nin hədəfində
"Benfika"nın müdafiəçisi Samuel Dal karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, İngiltərə klubu yay transfer pəncərəsi dövründə müdafiəsini gücləndirməyi planlaşdırır. "Mançester Yunayted"in skautları 23 yaşlı isveçlinin 10-dan çox oyununu izləyib və onu bəyəniblər.
Samuel Dalın Lissabon klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.