Foden dünya çempionatını buraxa bilər

  • Bu gün, 10:45

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Fodenin yığmanın DÇ-2026 üçün yekun heyətinə daxil ediləcəyini şübhə altına alıb.

Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis futbolçunun mundiala aparılacağına zəmanət verməyib:

"Aydındır ki, o, son vaxtlar "Siti"də çox oyun vaxtı keçirməyib, amma təlim-məşq düşərgəsində parlaq çıxış edib. Düşünürdüm ki, o, bizi təəccübləndirəcək və eyni həvəs, ruh yüksəkliyi və performans göstərəcək. Amma Foden bunu etmədi".


Paylaş: