Lebronun gələcəyi ilə bağlı vacib açıqlama

  • Bu gün, 13:29

"Los-Anceles Leykers"in basketbolçusu Lebron Ceymsin agenti Riç Poul oyunçunun gələcəyi ilə bağlı şayiələrə cavab verib.

Sportlife.az xəbər verir ki, o, oyunçunun mümkün qərarları ilə bağlı müzakirələrin əsassız olduğunu bildirib:

"Bunların heç birində həqiqət yoxdur. Əvvəla, mən növbəti mövsümdə nə olacağını bilmirəm. O da bilmir! Biz bunu heç müzakirə etmirik. Sadəcə anın dadını çıxarın. O, öz oğlu ilə oynayır və bunlar əsl, vacib dəqiqələrdir".


Paylaş: