Ançelotti həyəcanlı deyil

  • Bu gün, 14:55

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti dünya çempionatı ilə bağlı hisslərini bölüşüb.

Sportlife.az xəbər verir ki, əvvəllər heç vaxt milli komanda çalışdırmayan italiyalı mütəxəssis həyəcanlı və gərgin olmadığını bildirib:

"Xoşbəxt, motivasiyalı, özünəinamlı və sakitəm. Düşünürəm ki, yaxşı komandamız, yaxşı atmosferimiz var və bu, özünü doğruldur. Biz tam sakitik".

Mundial bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə oynayacaq.


Paylaş: