FIFA referimiz 3 oyunu idarə etdi

  • Bu gün, 14:32

FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb.

Sportlife.az xəbər verir ki, FIFA referisi, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin I raundunun 3 oyununda fəaliyyət göstərib.

O, A qrupunun İsveç - Sloveniya və Belçika - İsveç matçlarında baş hakim, Belçika - Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.

Azərbaycanlı digər referi Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.


Paylaş: