İtaliya futbolunda şok istefa
İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina istefa verib.
Sportlife.az xəbər verir ki, quruma prezident seçkiləri iyunun 22-də keçiriləcək.
Qravina İtaliya millisinin dünya çempionatına vəsiqə qazana bilməməsi səbəbindən istefa verib.
O, 2018-ci ildən təşkilata rəhbərlik edirdi. İtaliya millisi ardıcıl üçüncü dəfə mundialı buraxacaq.