Laportadan transfer açıqlaması

  • Bu gün, 17:31

"Barselona"nın prezidenti Joan Laporta Kataloniya klubunun yay transferləri ilə bağlı danışıb.

Sportlife.az xəbər verir ki, funksioner klubun transferlər xatirinə oyunçu almadığını bildirib:

"Hazırkı heyətini qorumaq istəyirik və yalnız lazım olduqda transferlər ediləcək. Prioritetimiz daim dəyişiklik etmək deyil, mövcud heyətimizi qorumaq və gücləndirməkdir".

Hazırda "Barselona" La Liqada 73 xalla turnir cədvəlinə başçılıq edir.


Paylaş: