Səlçuk İnanın müqaviləsi uzadıldı
Türkiyə Superliqasında çıxış edən "Kocaelispor" baş məşqçisi Səlçuk İnanın müqaviləsini yeniləyib.
Sportlife.az xəbər verir ki, mütəxəssisin sözləşməsinin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.
"Kocaelispor" Səlçuk İnanı bu mövsümün əvvəlində baş məşqçi təyin edib.