Samir Abasov yenidən "Neftçi"də - RƏSMİ

  • 14 Oktyabr 2024, 16:00

"Neftçi" Roman Qriqorçukdan boşalan baş məşqçi postuna Samir Abasovun gətirildiyini açıqlayıb.

Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Onunla 2 illik müqavilə imzalanıb.

S. Abasov son iki ildir "Sumqayıt"ı çalışdırırdı. O, daha öncə "Neftçi"yə 2020-21 mövsümündə Azərbaycan çempionluğunu qazandırmağı bacarıb.


Paylaş: