"Barselona"da Yamal narahatlığı

  • Bu gün, 12:53

"Barselona"nın futbolçusu Lamin Yamal komandanın dünənki məşqini buraxıb.

Sportlife.az xəbər verir ki, 18 yaşlı vinger yüngül narahatlıq səbəbindən məşqdə iştirak etməyib. AS-ın məlumatına görə, Yamal xəstədir, lakin cümə günü məşqlərə qayıdacağı gözlənilir.

Qeyd edək ki, "Barselona" növbəti oyununu bazar günü La Liqanın 28-ci turu çərçivəsində evdə "Sevilya"ya qarşı keçirəcək.


Paylaş: