Mahirin qolu komandasına bəs etmədi

  • 31 Oktyabr 2024, 01:48

Azərbaycan millisinin forvardı Mahir Emreli "Nürnberq"in heyətində növbəti qolunu vurub.

Sportlife.az xəbər verir ki, 27 yaşlı hücumçu bu dəfə Almaniya kubokunda fərqlənib. Onun komandası səfərdə Bundesliqa təmsilçisi "Hoffenhaym"la qarşılaşıb. Görüşdə hesabı ev sahibi komanda açıb.

İkinci hissənin əvvəllərində Mahir hesabı bərabərləşdirib. Matçda son nöqtəni "Hoffenhaym"ın futbolçusu Artur Çaves qoyub - 2:1.

Beləliklə, "Nürnberq" Almaniya kubokunda mübarizəni dayandırıb.

M. Emreli isə son üç oyunda üçüncü qolunu vurub.

 


Paylaş: