"Barselona" Diasla maraqlanır

  • Bu gün, 11:09

"Liverpul"un vingeri Luis Dias karyerasını İspaniyada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə "Barselona" yaxından maraqlanır.

Kataloniya klubu kolumbiyalı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Bu mövsüm Dias "Liverpul"da 49 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunun dəyərini 85 milyon avro qiymətləndirir.


Paylaş: