
Azərbaycan Kubokunda 2-ci finalçı
Qadın həndbolçul arasında Azərbaycan Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.
Sportlife.az xəbər verir ki, yarımfinalın son görüşündə “Kür” “İdman Akademiyası”nı sınağa çəkib.
Bu matçda Mingəçevir təmsilçisi qalib gəlib. İlk yarıda 14:12 hesabı ilə üstün olan “Kür” oyunu 10 topluq üstünlüklə bitirib - 33:23.
Qeyd edək ki, Mingəçevir klubu finalda “Qarabağ”ı 35:26 hesabı ilə üstələyən “Azəryol”la qarşılaşacaq.