Ronaldu karyerasını bitirməyi düşünmür
"Əl-Nəsr"in kapitanı Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Premyer Liqasının VII turunda "Əl-Feyha" üzərində 2:1 hesablı qələbədən sonra neçə yaşınadək futbol oynamağı planlaşdırdığını müzakirə edib.
Sportlife.az xəbər verir ki, həmin görüşdə 2 qol vuran 40 yaşlı portuqaliyalı əvvəlcə çıxışını şərh edib:
"Şəxsən mənim və bütün komanda üçün inanılmaz bir axşam idi. Komanda qalib gəldi və mən iki qol vurdum ki, bu da həmişə vacibdir.
Həmişə deyirəm ki, uzunömürlülük yalnız ehtirasla əldə edilir. Və məndə hələ də bu ehtiras var. Qol vursam da, vurmasam da, bu mənim həyatımdır və həmişə belə olub. 23-24 illik futbol mənim həyatımdır. Və buna görə də sağlamlığım imkan verdiyi müddətcə oynamağa davam etmək istəyirəm".