Komanda yoldaşını "vəhşi" adlandırdı

  • Bu gün, 13:50

"Çelsi"nin qapıçısı Robert Sançes Moyses Kaysedonun oyununu yüksək qiymətləndirib.

Sportlife.az xəbər verir ki, o, komanda yoldaşının əsl vəhşi olduğunu bildirib: 

"Öz mövqeyində planetin ən yaxşı oyunçusudur. Ondan daha güclü kim ola bilər? O, hər dueldə qalib gəlir və topla çox sakit davranır. Həm oyunçu, həm də insan kimi həmişə eynidir: çalışqan, sakit və çox yaxşı oğlan. Əlbəttə, yaş və təcrübə ilə bir az daha mükəmməlləşib. Özünə inamı da getdikcə artır".


Paylaş: