
"Neftçi" ulduz transferini açıqladı
“Neftçi” ulduz futbolçu Vensan Abubakarı transfer edib.
Sportlife.az xəbər verir ki, Kamerun milli komandasının hücumçusu artıq “Neftçi” ailəsinin üzvüdür. 45 nömrəli formanı geyinəcək futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.
Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.