
Babək Quliyev 3 oyuna təyinat aldı
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.
Sportlife.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində X qrupunun 3 oyununda fəaliyyət göstərəcək.
B.Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, X qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.