
PSJ rusiyalı qapıçını icarəyə verir
PSJ-nin qapıçısı Matvey Safonov karyerasını İspaniya və ya Portuqaliyada davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, parislilər rusiyalı qolkiperi La Liqa və ya Premyer Liqa klubunlarından birinə icarəyə verməyi düşünür.
Safonov 2024-cü ilin yayında 20 milyon avroya "Krasnodar"dan PSJ-yə keçib. 26 yaşlı qolkiper “qırmızı-göylər”in heyətində 17 oyun keçirib, 7-də qapısını toxunulmaz saxlayıb və 13 qol buraxıb.