Kompani ilə müqavilə uzadıldı

  • Bu gün, 15:54

Almaniyanın “Bavariya” komandası baş məşqçisi Vensan Kompani ilə müqavilənin müddətini uzadıb.

Sportlife.az klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni sözləşmə 2029-cu ilədək nəzərdə tutulub.

Belçikalı mütəxəssis ötən ilin may ayından Bundesliqa təmsilçisinə rəhbərlik edir.

Qeyd edək ki, “Bavariya” hazırda 21 xalla Almaniya çempionatında turnir cədvəlinə başçılıq edir.


Paylaş: