
Türkiyəli qapıçı ürəktutmadan öldü
Türkiyə həvəskarlar liqasında çıxış edən "Bandırma Sənayespor"un qapıçısı Oğuzhan Camacı vəfat edib.
Sportlife.az xəbər verir ki, 28 yaşlı qolkiper məşq zamanı ürəktutmasından dünyasını dəyişib.
Faciə ötən gün baş verib. Qapıçı zərbəni dəf edərkən yerə yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri futbolçuya ilkin tibbi yardım göstəriblər, sonra o, xəstəxanaya çatdırılıb. Tibbi yardıma baxmayaraq orada ölüb.
Faktla bağlı araşdırma aparılır.