
Ronaldunun oğlu U-16 millisində
"Əl-Nəsr"ın futbolçusu Kriştianu Ronaldunun eyniadlı oğlu ilk dəfə Portuqaliyanın U-16 millisinə dəvət alıb.
Sportlife.az xəbər verir ki, 15 yaşlı forvard Antalyada keçiriləcək "Fed Kuboku"nda Türkiyə, İngiltərə və Uelslə matçlarda iştirak edə bilər.
Ronaldu Jr. artıq Portuqaliyanın U-15 yığmasına çağırılıb. May ayında Xorvatiya ilə matçda debüt qolunu da vurub.