
İsveç liqasında erkən çempion
"Myölbü" vaxtından əvvəl İsveç çempionatının qalibi olub.
Sportlife.az xəbər verir ki, klub yüksək liqanın 27-ci turunda səfərdə "Göteborq"a 2:0 hesabı ilə qalib gəlib.
Sona 3 tur qalmış "Myölbü"nün 66 xalı, ikinci pillədəki "Hammarbü"nün isə 55 xalı var.
Qeyd edək ki, "Myölbü" əhalisinin sayı 1500 nəfərdən az olan Hellevik şəhərini təmsil edir.