İki əfsanə Lissabonda görüşdü

  • Bu gün, 18:50

Serb tennisçi Novak Cokoviç və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Lissabonda tennis klubunda qarşılaşıblar.

Sportlife.az xəbər verir ki, idmançılar xatirə şəkli çəkdirib, xoş arzuların əks olunduğu imzalı formalarını bir-birinə hədiyyə ediblər.

Cokoviç oktyabrda "Şanxay Masters" turnirinin yarımfinalına çıxıb və burada Monako təmsilçisi Valentin Vaçerota uduzub.

40 yaşlı Ronaldu isə bu mövsüm Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində bütün turnirlərdə 7 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.


Paylaş: