"Barselona" Torreslə müqaviləni yeniləyir

  • Bu gün, 14:28

"Barselona" hücumçusu Ferran Torreslə müqaviləni uzatmağı planlaşdırır.

Sportlife.az xəbər verir ki, hər iki tərəf əməkdaşlığı davam etdirməkdə maraqlıdır. 25 yaşlı forvard dəfələrlə "Barselona"ya sadiq olduğunu bildirib.

Torres 2022-ci ilin yanvarından "Barselona"da çıxış edir. İspaniyalı bu mövsüm 10 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.


Paylaş: