"Neftçi" Abubakarı açıqladı

  • 18 Oktyabr 2025, 14:42

"Neftçi" heyətini tanınmış futbolçu ilə gücləndirir.

Sportlife.az xəbər verir ki, "ağ-qaralar" Kamerun millisinin üzvü Vensan Abubakarla anlaşıb.

Bununla bağlı klubun sosial şəbəkə hesabında video paylaşılıb. Azarkeşləri salamlayan 33 yaşlı forvard "Neftçi" üçün Bakıya gəldiyini bildirib.

Qeyd edək ki, "Portu" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son iş yeri Türkiyənin digər təmsilçisi "Hatayspor" olub.


Paylaş: