Cüdoçularımızda

  • Bu gün, 10:06

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini 9 medalla başa vurublar.

Sportlife.az xəbər verir ki, onlardan 6-sı qızıl, 3-ü bürünc əyarlıdır.

Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl mükafata sahib çıxıblar.

Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) bürünc medalla kifayətləniblər.

Beləliklə, Azərbaycan komandası medal sıralamasında 1-ci yeri tutub.


Paylaş: