
Daha 4 karateçimiz dünya çempionatında
Azərbaycan karateçiləri Parisdə keçirilən seçim yarışlarında dünya çempionatına daha 4 lisenziya qazanıblar.
Sportlife.az xəbər verir ki, Roman Heydərovdan (kata) sonra İrina Zaretska (68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (55 kq), Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq) da ölkəmizi mundialda təmsil edəcəklər.
Yığma Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında təmsil olunub.
Qeyd edək ki, dünya çempionatı noyabrın 27-dən 30-dək Misirin paytaxtı Qahirədə keçiriləcək.