
"Qəbələ"dən Hakimlər Komitəsinə etiraz
"Qəbələ" Misli Premyer Liqasının VIII turunun "İmişli" ilə oyunundakı hakim qərarından narazı qalıb.
Sportlife.az xəbər verir ki, bölgə təmsilçisi matçın 59-cu dəqiqəsində rəqib futbolçu Ronaldo de Souzanın topa qolu ilə toxunduğu epizodun görüntüsünü yayımlayıb.
"Görəsən, AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere bu epizodu görüb? Oyundan 2 gün keçib, amma hələ də epizoda aydınlıq gətirməyib", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, matç 2:2 hesabı ilə yekunlaşıb. Oyunun VAR hakimi Tural Qurbanov olub.