"Qarabağ" mənim bəlkə də birinci evimdir"

  • Bu gün, 16:06

Türkiyənin "Haber Global" kanalı "Qarabağ" haqda reportaj hazırlayıb.

Sportlife.az xəbər verir ki, son vaxtlar Ağdam təmsilçisinin Avropada uğurlu çıxış etməsi ön plana çəkilib.

Telekanal klubun bazasından hazırladığı sujetdə komandanın baş məşqçisi Qurban Qurbanovun fikirlərinə yer verib: "Şükürlər olsun, bəlkə də bu il işimiz daha uğurlu alınır. Futbol elə oyundur ki, bəzən uğur hər il olmur. Əvvəlki illərdə çəkdiyimiz əziyyətin bəhrəsini bu il görürük. Bizi maraqlandıran yaxınlarımız, doğmalarımız və qardaşlarımızın dəstəyidir. Digərləri də bunu edirsə, bizim üçün əlavə motivasiyadır. "Qarabağ"la bizim bağımız var. Bura mənim bəlkə də birinci evimdir. Burada daha çox vaxt keçirirəm, nəinki öz evimdə. Ola bilər ki, gələcəkdə klubda, ya sistemdə dəyişiklik olsun. Ancaq bu gün komandadan getmək fikrim yoxdur. “Qarabağ”da ildən-ilə daha möhkəm, daha uğurlu nəticə ldə etmək istəyirəm".


Paylaş: