Olimpiya çempionlurumuz yenidən ilk "3-lük"də

  • Bu gün, 16:10

Beynəlxalq Cüdo Federasiyası Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-Pridən sonra dünya reytinq cədvəlini yeniləyib.

Sportlife.az xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində də dəyişiklik olub.

Olimpiya çempionları Zelim Kotsoyev (100 kq) və Hidayət Heydərov (73 kq) 3 pillə irəliləyərək, öz çəki dərəcələri üzrə müvafiq olaraq, 2-ci və 3-cü sırada qərarlaşıblar.

Balabəy Ağayev (60 kq) 10-cu sıradan 6-cı, Ruslan Paşayev (66 kq) 15-ci yerdən 4-cü pilləyə yüksəlib.

Murad Fətiyev (90 kq) 13, Uşanqi Kokauri (+100 kq) isə 7 pillə irəliləyərək 7-ci yerləri tutublar.

Qeyd edək ki, Qran-Pri yarışında Balabəy Ağayev, Ruslan Paşayev, Hidayət Heydərov, Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev isə bürünc mükafatla kifayətləniblər. Azərbaycan yığması 9 mükafatla ümumi medal sıralamasında birinci olub.


Paylaş: