Millimizin heyəti açıqlandı

  • Bu gün, 18:12

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 21-dən 28-dək Qazaxıstanın Çimkənd şəhərində təlim-məşq toplanışında olacaq.

Sportlife.az xəbər verir ki, millimiz toplanış çərçivəsində oktyabrın 24-də və 27-də Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

Hazırlıq prosesi və oyunlar üçün yığmaya 23 futbolçu dəvət edilib.

Milli komandanın heyəti: Aytac Şərifova, Jalə Məhsimova, Sevinc Cəfərzadə, Vüsalə Hacıyeva (hamısı “Yüksekova”, Türkiyə), Nərgiz Əliyeva (“Fatih Vətən”, Türkiyə), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Manə Mollayeva, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Alina Nəhmədova, Xanım Əsədova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Mədinə Curuqova (hamısı “Neftçi”), Kristina Bakarandze (“Liman”), Fidan Cəfərova (“Hakkarigücü”, Türkiyə), Kamilla Məmmədova (“Yelimay”, Qazaxıstan), Ayşən Əhmədova (“Amedspor”, Türkiyə), Alina Dorofeyeva (“Rubin”, Rusiya), Aysun Muradova (“Haymanaspor”, Türkiyə), Peritan Bozdağ (“Fənərbağça”, Türkiyə), Nərgiz Hacıyeva (“Aktobe”, Qazaxıstan), Esra Manya (“Beşiktaş”, Türkiyə).

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan yığmaları arasında ilk oyun Bakı vaxtı ilə saat 19:00-da, ikinci görüş isə saat 14:00-da başlayacaq. Matçları müvafiq olaraq, özbəkistanlı hakimlər Gulşoda Saidkulova və Mədinə Curuqova idarə edəcəklər.


Paylaş: