
Evdə qol buraxmayan yeganə komanda
"Ştutqart" bu mövsüm Bundesliqadakı ev oyunlarında qol buraxmayıb.
Sportlife.az xəbər verir ki, Almaniya təmsilçisi böyük "5-lik" ölkələrinin çempionatında bunu bacaran yeganə komandadır.
"Ştutqart" evdə "Borussiya M" (1:0), "Sent Pauli" (2:0) və "Haydenhaym" (1:0) klublarına qalib gəlib.
“Ştutqart” növbəti ev oyununu oktyabrın 26-da “Maynts”a qarşı keçirəcək.