Millidən zədəli qayıtdı, 2 həftə oynamayacaq

  • Bu gün, 15:56

"Bayer"in yarımmüdafiəçisi Malik Tillmann iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Sportlife.az xəbər verir ki, 23 yaşlı futbolçu ABŞ millisinin düşərgəsində zədələnib.

Məşq zamanı bud nahiyəsində ağri hiss edən oyunçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Bu mövsüm Tillmann bütün turnirlərdə 7 matçda iki qol vurub.


Paylaş: