"Real" Mbappedən asılı deyil"

  • Bu gün, 13:52

"Real"ın baş məşqçisi Xabi Alonso komandanın fransalı hücumçu Kilian Mbappedən tamamilə asılı olduğuna inanmır.

Sportlife.az xəbər verir ki,  ispan mütəxəssis bu barədə deyib:

"Mən belə düşünmürəm. Amma biz onun işindən çox razıyıq. Qətiyyətlə qarşıya məqsəd qoyur və oyuna qoşulur. Baxmayaraq ki, başqaları da ona kömək edir. Qollar xal gətirir, amma bununla iş bitmir".


Paylaş: