
"Kamp Nou"da dünyanın ən yaxşı stadionu olacaq"
"Barselona" prezidenti Joan Laporta deyib ki, "Kamp Nou"da dünyanın ən yaxşı stadionu olacaq.
Sportlife.az xəbər verir ki, kataloniyalılar doğma arenanın təmirini tamamlayır.
Laporta bildirib ki, "Spotify Kamp Nou" azarkeşlərin arzusu və gələcək nəsillər üçün mirasdır: "Dondurulmuş layihəni canlandırmaq üçün cəsarət tapdım. Qərara gəldik ki, bu, klubun iqtisadi inkişafı üçün vacibdir və bunu etdik, çünki klub üzvləri arzunun gerçəkləşdiyini görməli və onu yaşamalıdırlar".