
"Barselona" Superliqa layihəsindən çıxdı
"Barselona"nın prezidenti Joan Laporta klubun Superliqa layihəsindən çıxdığını açıqlayıb.
Sportlife.az xəbər verir ki, funksioner klubun qərarını belə izah edib:
"Səbəblər sadədir. UEFA ilə Superliqa arasında əlaqə yaratmaq üçün çalışdıq, Çempionlar Liqasının formatındakı dəyişikliklə birlikdə yarışın ümumi formasında da yaxşılaşma müşahidə etdik ki, bu da gəlirin 20% artması deməkdir. Biz Superliqa layihəsini dəstəklədik, lakin UEFA daxilində müsbət dəyişiklik gördükdən sonra uzlaşmaya üstünlük verdik.
Superliqa çərçivəsində təklif olunan bir çox ideya və prinsiplərin UEFA tərəfindən başa düşüldüyünü və qəbul edildiyini gördük".