
DÇ-2026-da yeni ofsayd qaydası
FIFA 2026-cı il dünya çempionatından əvvəl ofsayd qaydasını dəyişə bilər.
Sportlife.az xəbər verir ki, “Arsenal”ın keçmiş baş məşqçisi, hazırda FIFA-nın qlobal futbolun inkişafı üzrə rəhbəri olan Arsen Venger oyundankənar vəiyyətlə bağlı dəyişiklik təklif edib.
O bildirib ki, əgər bədənin qol vura bilən hər hansı bir hissəsi sonuncu müdafiəçinin xəttində və ya ondan əvvəl olarsa, bu, ofsayd sayılmasın.
Yeni qayda DÇ-2026 zamanı sınaqdan keçirilə bilər.