"Qələbə də qazana bilərdik"

  • Dünən, 20:50

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Neftçi” ilə qarşılaşma haqda danışıb.

Sportlife.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

“Maraqlı, dinamik oyuna şahid olduq. Mübarizəli oyun keçdi. Çətin, ağır səfər oyununa yaxşı köklənmişdik. Futbolçularımın stadionda yaxşı iş ortaya qoyduğunu düşünürəm. Qələbə də qazana bilərdik. Yenə bir xal qazandıq və yolumuza baxırıq.

Futbolçularım universaldır. Heç bir mövqedə sıxıntı yaşamayacağımızı düşünürəm.

Patrikin düşüşdə olduğunu düşünmürük. O, istədiyimiz oyunu bizə verməyə çalışır. Patrik böyük potensiala sahib futbolçudur. O, yaxşı oyunuyla seçilən oyunçudur və bizə faydası dəyir”.


Paylaş: