
"Qalatasaray"ın sabiq futbolçusu geri qayıtmaq istəmir
Mərakeş millisinin üzvü Hakim Ziyeş Türkiyə klubunun təklifindən imtina edib.
Sportlife.az xəbər verir ki, 32 yaşlı vinger “Kocaelispor”un istəyini geri çevirib.
İzmit təmsilçisinin maaş təklifi yaxşı olsa da, Ziyeş bu klubda oynamaq istəməyib.
Hakim “Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray”, “Əl-Duhail” klublarında oynayıb.