“Yuventus” Tudorun əvəzləyicisini tapıb

  • Dünən, 15:46

“Yuventus” baş məşqçi İqor Tudorla gələcəkdə yollarını ayırsa, kimə müraciət edə biləcəyini artıq bilir.

Sportlife.az xəbər verir ki, bu yaxınlarda, hətta Tudor baş məşqçi təyin olunana qədər Turin klubunun rəhbərliyi Roberto Mançini ilə danışıqlar aparıb. Klub yaxın gələcəkdə Tudorla əməkdaşlığına son qoysa, yenidən italiyalı mütəxəssisə müraciət edə bilər.

Mançini artıq bir ilə yaxındır ki, işsizdir. O, 2024-cü ilin oktyabrında Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi postunu tərk edib.


Paylaş: