Potter isveçlilərlə anlaşdı

  • Dünən, 19:55

İngiltərəli mütəxəssis Qrem Potter yaxın günlərdə İsveç millisinin baş məşqçisi təyin oluna bilər.

Sportlife.az xəbər verir ki, o, 2026-cı il dünya çempionatının seçmə mərhələsi və pley-off mərhələsinin başa çatacağı 2026-cı ilin martına qədər İsveç Futbol Assosiasiyası ilə şifahi razılığa gəlib.

50 yaşlı məşqçi 2011-2018-ci illərdə İsveç komandası “Östersund”a rəhbərlik edib. O, eyni zamanda, daha əvvəl “Vest Hem”, “Brayton” və “Çelsi”də çalışıb.

İsveç millisi DÇ-2026-nın seçmə mərhələsində 4 oyundan sonra 1 xalla qrupun sonuncu pilləsində qərarlaşıb. Komanda noyabrda İsveçrə və Sloveniya yığmaları ilə qarşılaşacaq.


Paylaş: