"Neftçi" xal itirdi

  • Dünən, 20:30

Azərbaycan Premyer Liqasının VIII turunun son oyununda “Neftçi” və “Araz-Naxçıvan” klubları üz-üzə gəlib.

Sportlife.az xəbər verir ki, “Palms Sport Arena”da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüşdə qolları Bassalo Sambu (19-cu dəq.), Ba-Muaka Simakala (36 və 47-ci dəq.) və Emin Mahmudov (55-ci dəq.) vurublar.

Qeyd edək ki, bu gün keçirilən digər görüşdə “Sabah” evdə “Zirə”ni 3:0 hesabı ilə məğlub edib. Turun digər oyunlarında “Sumqayıt” evdə “Karvan-Yevlax”ı, “Kəpəz” səfərdə “Şamaxı”nı 4:1, “Qarabağ” isə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib. “İmişli” isə “Qəbələ” ilə 2:2 hesablı bərabərliyə razılaşıb.


Paylaş: