
Qışda yeni transfer olmayacaq
"Barselona" qış transfer pəncərəsi zamanı yeni oyunçular almağı planlaşdırmır.
Sportlife.az xəbər verir ki, bu barədə klubun idman direktoru Deku məlumat verib:
"Yayda istədiyimiz və mümkün olan transferləri etdik. Bir çox oyunçunun formaya qayıtması üçün vaxta ehtiyacı var. Qışda müqavilə imzalamaq planlarımızın bir hissəsi deyil".
"Barselona" hazırda İspaniya çempionatında 9 oyundan sonra 22 xalla ikinci pillədə qərarlaşıb.