
Klopp "Liverpul"a qayıdır?
"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp Mersisayd klubuna mümkün qayıdışından danışıb.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis bunun mümkünsüz olmadığını bildirib:
"Liverpula qayıtmaq mümkündürmü? Əvvəl də dediyim kimi, İngiltərədə heç vaxt başqa komandaya rəhbərlik etməyəcəm. Bu o deməkdir ki, yalnız "Liverpul"a qayıdaram. Yəni bəli, nəzəri cəhətdən bu mümkündür.
Geri dönməyim üçün nə baş verməli idi? Dəqiq bilmirəm. İndi gördüyüm işi bəyənirəm. Məşqçilik, yağışın altında 2-3 saat dayanmaq, paltardəyişmə otağında olmaq üçün darıxmıram. Həftədə üç dəfə mətbuat konfranslarına çıxmıram".