
"Real"da iz qoymaq istəyir
"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa klubda iz buraxmaq istədiyini bildirib.
Sportlife.az xəbər verir ki, fransalı futbolçu hələ də "kral klubu"nda oynadığına inanmadığını söyləyib:
"Dünyanın ən yaxşı klubunda oynamaq şansı hər kəsə nəsib olmur, ona görə də mən bundan maksimum istifadə etməliyəm. "Real"da çox xoşbəxtəm".
Qeyd edək ki, Kamavinqa 2021-ci ilin avqustundan Madrid klubunda çıxış edir.